AZ

Fələstinlilərin Qəzzadan sürgün edilməsilə bağlı hazırlıqlar başladı- Netanyahu Trampın planını əvvəlcədən bilirmiş...

Image

ABŞ prezidenti Donald Tramp rəsmi olaraq vəzifəyə başlayan kimi gözlərini Qəzzaya dikdi. Fələstinlilərin sürgün edilməsinə əl qaldıran Tramp bəyan etdi ki, Qəzza zolağı münaqişə bitdikdən sonra İsrail tərəfindən ABŞ-a təhvil veriləcək. Fələstinlilərin Qəzzanı tərk etməkdən başqa variantlarının olmadığını iddia edən Trampın açıqlaması dünyada sərt təpkilərlə qarşılanıb.

İsrailin baş naziri Benyamin Netanyahu isə “Kanal 14” televiziyasına müsahibəsində Trampın Qəzzada fələstinliləri zorla köçürmək planını əvvəlcədən bildiyini bildirib. İsrailin hücumları bitdikdən sonra Qəzzaya dair planının nə olacağı sualının tez-tez gündəmə gətirildiyini ifadə edən Netanyahu, "Tez-tez ertəsi gündən (İsrailin Qəzzaya hücumları bitdikdən sonra) danışırdılar, indi Tramp tamamilə fərqli və yeni bir fikirlə gəldi" deyib.

Netanyahu Trampın Qəzza planının ümumi konturlarını Ağ Evdə elan etməmişdən əvvəl bildiyini və dünyanın qalan hissəsinin buna “təəccübləndiyini” deyib.

Bu arada, İsrailin müdafiə naziri Yisrael Katz Trampın Qəzza zolağındakı fələstinliləri müxtəlif ölkələrə, xüsusilə Misir və İordaniyaya sürgün etmək ideyası ilə bağlı açıqlama verib. Trampın açıqlamalarının həyata keçirilməsi istiqamətində ilk addım olaraq İsrail ordusuna plan hazırlamağı tapşırdığını deyən Katz, planın fələstinlilərin qurudan, dənizdən və havadan təxliyyəsini əhatə edəcəyini bildirib. 

TAHİR





Seçilən
81
49
baki-xeber.com

10Mənbələr