![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/1738933575_anar_aliyev_260924_2.webp)
Anar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Anar Rəhim oğlu Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.
Evlidir, iki övladı var.