AZ

Əfqanıstan hakimiyyəti qadın radiosunun yayımını dayandırıb

BAKI,TurkicWorld

Əfqanıstanın Mədəniyyət və İnformasiya Nazirliyi qadınlara məxsus bir radio stansiyasının yayımını dayandırdığını açıqlayıb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, rəsmi bəyanatda bildirilib ki, bu qərar "yayım siyasətinin pozulması və lisenziyanın düzgün istifadə edilməməsi" səbəbindən verilib.

Nazirlik, həmçinin stansiyanın "xarici televiziya kanalına icazəsiz məzmun və proqramlar təqdim etdiyini" vurğulayıb.

Talibanın tabeliyində olan Mədəniyyət və İnformasiya Nazirliyi daha öncə də xarici media ilə əməkdaşlıqda ittiham edərək başqa bir media qurumunu bağlamışdı.

Nazirlik bildirib ki, "Radio Begüm" yayım siyasətini pozub və lisenziyasından düzgün istifadə etməyib.

Qeyd olunub ki, bu qərar bir neçə pozuntuya, o cümlədən xarici televiziya kanalına icazəsiz məzmun təqdim olunmasına görə verilib və stansiyanın gələcəyi ilə bağlı sənədlər nəzərdən keçiriləcək.

Qeyd edək ki,"Radio Begüm" 2021-ci ilin martında, Beynəlxalq Qadınlar Günü münasibətilə, ABŞ və NATO qüvvələrinin xaotik geri çəkilməsi və "Talibanın hakimiyyəti ələ keçirməsindən beş ay əvvəl yaradılıb. Stansiyanın bütün verilişlərinin məzmunu əfqan qadınları tərəfindən hazırlanır. "Begüm TV" isə Fransadan yayımlanır və 7-ci sinifdən 12-ci sinifə qədər Əfqanıstan dərs proqramlarını əhatə edən tədris proqramları təqdim edir.

Seçilən
45
turkic.world

1Mənbələr