Perunun paytaxtı Limada Rimak çayının qəfildən qırmızı rəngə boyanması vətəndaşları narahat edib.
Medianews.az xəbər verir ki, rəng dəyişikliyinə bölgədəki sənaye obyektlərinin çirklənməsi səbəb olub.
Bu vəziyyətə rayonda fəaliyyət göstərən 30-dan çox mədən sənayesi müəssisəsinin birbaşa çaya atdığı tullantıların və 500-dən çox drenaj borusunun səbəb olduğu bildirilir.
Milli Su İdarəsi hadisə yerindən nümunələr götürərək araşdırmaya başlayıb.
Sözügedən görüntüləri təqdim edirik.
Medianews.az