Demokrat.az xəbər verir ki, bu sözləri “Azərişıq” ASC sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov Zəngilanda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 30 min km-ə yaxın mövcud elektrik veriliş xətləri yeniləri ilə əvəz olunub, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib, 7 min yeni transformator məntəqəsi quraşdırılıb.
Onun sözlərinə görə, həmçinin 700 min köhnə sayğac müasir ölçü cihazları ilə əvəz olunub:
“Son 10 ildə abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə yüksəlib. Quraşdırılan smart sayğacların sayı isə 386 mindən 1 milyon 120 minə çatıb. “Azərişıq”ın həyata keçirdiyi uğurlu strategiya nəticəsində şəbəkənin qoyuluş gücündə də əhəmiyyətli artım qeydə alınıb. Təkcə son bir ildə bu göstərici 14 min 400 MVA-dan 14 min 900 MVA-ya yüksəlib”.
Əfsanə Kamal
Demokrat.az