AZ

"Azərişıq" ASC "ASAN Xidmət" mərkəzlərində göstərdiyi xidmətlərin sayını artırıb

"Azərişıq" ASC-nin "ASAN Xidmət" mərkəzlərində son 8 il ərzində vətəndaşlara göstərilən xidmətlərin sayı 8-dən 18-ə çatdırılıb. Bunu jurnalistlərə  "Azərişıq" ASC-nin Asan Xidmətlə iş və Elektron xidmətlər Departamentinin direktor müavini İnam Yusifov deyib.

"Əvvəl 7 prosedurla aparılan müraciətlər bu gün sadəcə 2 prosedurla yekunlaşır. Nəticədə şəbəkəyə qoşulma prosesləri 41 gündən 20 günə endirilib. Hazırda "Azərişıq” ASC-nin 15 elektron xidməti mövcuddur və bu xidmətlər vasitəsi ilə vətəndaşlar prosedurları onlayn şəkildə idarə edə bilirlər”,  -  Yusifov deyib. 
 
Onun sözlərinə görə,  vətəndaşlarla aparılan prosedurlar daha da asanlaşıb. 
 
Hazırda Qarabağ üzrə "Azərişıq” ASC-nin 5097 abonenti var.

Qarabağda fəaliyyət göstərən şirkətlərin istehsal fəaliyyətini stimullaşdırmaq üçün  dövlət tərəfindən bu bölgədə  20%-lik güzəşt prinsipi tətbiq edilir. 
 
 
 

Seçilən
59
2
7news.az

3Mənbələr