Azərişıq rəsmisi: "Elektromobillərdən istifadə sahəsində COP-29 ərəfəsində ciddi addımlar atılıb"
"“Azərişıq” ASC tərəfindən son illərdə həyata keçirilən ən uğurlu layihələrdən biri ekoloji cəhətdən faydalı olan elektromobillərdən istifadənin təşviq edilməsidir. Bu sahədə son 1 il ərzində, xüsusən ötən il noyabrın 11-dən 22-dək ölkəmizdə keçirilən COP-29 ərəfəsində ciddi addımlar atılıb".
Demokrat.az xəbər verir ki, bu sözləri "Azərişıq" ASC-nin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Vaqif Aydınoğlu Zəngilanda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, paytaxtda və regionlarda, eləcə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) quraşdırılaraq dayanıqlı elektrik enerjisi ilə təmin edilib:
"Bakı şəhəri və ətraf ərazilərdə 22, İşğaldan azad olunmuş ərazilərdə 7, digər regionlarda 15 EDMquraşdırılıb. Bir ədəd 60 kVt-lıq EDM məntəqəsinin Qusar şəhərində Şahdağ istirahət kompleksi yolunda quraşdırılması yekunlaşıb və program təminatına inteqrasiyası həyata keçirilir.Görülən işlər həm də alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə hədəflənib".
Əfsanə Kamal
Demokrat.az