Braziliyanın San-Paulu şəhərində kiçik təyyarə insanların sıx olduğu küçəyə çırpılıb. Ölənlər və yaralananlar var.
Publika.az xəbər verir ki, qəza “King Air F90” təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra təcili eniş etmək istəyərkən baş verib.
İlkin məlumata görə, təyyarə küçədə avtobusa çırpılıb və yanğın başlayıb. Yararsız hala düşən təyyarədən iki meyit çıxarılıb. Təyyarənin vurduğu avtobus sürücüsü də daxil olmaqla 3 nəfər yaralanıb.
Yanğınsöndürənlərin məlumatına görə, qəza zamanı avtobusda sərnişin olmayıb.