![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/7/12/1/42a1698c-00e4-489d-9d10-52eb7a23838e/messi-yeni1.jpg)
Britaniyanın nüfuzlu “FourFourTwo” portalı argentinalı hücumçu Lionel Messini tarixin ən yaxşı futbolçusu elan edib.
Yeniavaz.com xəbər verir ki, o “Tarixin ən yaxşı 100 futbolçusu” reytinqində birinci olub.
İkinci yeri əfsanəvi braziliyalı Pele, üçüncü yeri isə Messinin həmyerlisi argentinalı Dieqo Maradona tutub.
Portuqaliyalı Kriştianu Ronaldo isə reytinqdə dördüncü olub. Onu niderlandlı Yohan Kroyff izləyib.
Messinin özünün tarixin ən yaxşı oyunçusu hesab etdiyi braziliyalı Ronaldo isə altıncı olub.
İlk onluğa uyğun olaraq fransalı Zinəddin Zidan, almaniyalı Frans Bekkenbauer, argentinalı Alfredo Di Stefano və niderlandlı Marko van Basten daxil olub.