AZ

İlk dəfə bu mükafatı qazandı

"Bornmut"un vingeri Castin Kluivert İngiltərədə yanvar ayının ən yaxşı oyunçusu seçilib.

Publika.az xəbər verir ki, 25 yaşlı futbolçu 4 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Kluivert ilk dəfə bu mükafata layiq görülüb.

Bu nominasiya üzrə mübarizə aparan digər adlar arasında Fil Foden (Mançester Siti), Kodi Qakpo (Liverpul), Din Heysen (Bornmut), Aleksander Isak (Nyukasl), Yan-Filippe Mateta (Kristal Pelas) və Brayan Mbemo (Brentford) var idi.

Seçilən
18
publika.az

1Mənbələr