AZ

NATO ölkələri Qrelandiyaya qoşun göndərməyi planlaşdırır - İddia

Avropanın NATO ölkələri ABŞ prezidenti Donald Trampın ada üzərində nəzarəti bərqərar etmək üçün güc tətbiq etməklə hədələməsi ilə əlaqədar Qrenlandiyaya hərbi kontingentin göndərilməsi imkanını müzakirə ediblər.

Yenisabah.az “The Daily Telegraph”a istinadla xəbər verir ki, mənbələr qeyri-rəsmi məsləhətləşmələrdə iştirak edən ölkələr arasında Almaniyanın da olduğunu bildirib.

Tərəflər Trampın təhdidlərini yerinə yetirəcəyi təqdirdə “NATO ordusunun nə edəcəyini” müzakirə ediblər.

ABŞ prezidenti bundan əvvəl Danimarkanın ABŞ-ın xeyrinə Qrenlandiyadan imtina etməsinin lehinə danışmışdı. Onun fikrincə, bu, Amerikanın milli maraqlarını qorumaq üçündür. O, adanı Amerikanın nəzarəti altına almaq üçün hərbi gücdən istifadə etmək imkanından açıq şəkildə imtina etməyib.

Bununla belə, rəy sorğuları göstərib ki, Qrenlandiyalıların əksəriyyəti adalarının ABŞ-ın bir hissəsi olmasını istəmir. Danimarka səlahiyyətliləri də adanın satışına qarşı sərt çıxış ediblər.


Telegram kanalımız
Seçilən
43
yenisabah.az

1Mənbələr