AZ

"Araz-Naxçıvan"ın legioneri iki həftə yaşıl meydanlardan kənarda qalacaq

"Araz-Naxçıvan"ın braziliyalı futbolçusu Ramon Maçado ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.

"Zirə"yə qarşı keçirilən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda xəsarət alan hücumçunun topuğu şişib. Klubun həkimi forvardın 12-15 gün komandaya kömək edə bilməyəcəyini söyləyib.

Qeyd edək ki, "Araz-Naxçıvan" sözgedən görüşdə 1:0 hesablı qələbə qazanıb.

İdman.biz

Seçilən
57
2
idman.biz

3Mənbələr