Arqentinanın Buenos-Ayres vilayəti yaxınlığındakı Sarandi kanalında su tünd qırmızı rəngə çevrilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Buenos Aires Times” qəzeti məlumat yayıb.
Görüntülər qorxu filmindəki səhnəni xatırladır.
Vilayətin ətraf mühit nazirliyi bunun səbəbini müəyyən etmək üçün su nümunələri götürüb. Qurum hesab edir ki, hansısa “üzvi piqment” çirklənməyə səbəb ola bilər.
Kanal bir çox toxuculuq fabriklərinin və dəri zavodlarının yerləşdiyi ərazidən axır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta