AZ

İstehlak kreditlərinin növlərinə görə orta faiz dərəcələri açıqlanıb

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyətgöstərən bankların istehlak kreditlərinin növlərinə görə orta faizdərəcəsi açıqlanıb.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, kredit kartı vasitəsilə verilən kreditlərin ortafaiz dərəcəsi milli valyutada 26%, ABŞ dollarında 5% təşkil edib.Milli valyutada kredit kartı vasitəsilə verilən kreditlərin ortafaiz dərəcəsi əvvəlki ilin göstəriciləri ilə müqayisədə 2%bahalaşıb. Belə ki, 2023-cü ilin sonunda Azərbaycandakı banklartərəfindən kredit kartı vasitəsilə verilən kreditlərin orta faizdərəcəsi milli valyutada 24%, ABŞ dollarında 5% olub.

Bunlarla yanaşı, banklar tərəfindən milli valyutada verilmişkreditlərdən məişət avadanlıqlarının alınması ilə bağlı olankreditlərin orta faiz dərəcəsi 25%, yaşayış sahəsinin təmiri iləbağlı olan kreditlərin orta faiz dərəcəsi 16% (1% az), avtomobilkreditlərinin orta faiz dərəcəsi 10% (1% az), digər istehlakkreditlərinin orta faiz dərəcəsi 20% (3% çox) olub.

Qeyd edək ki, ötən ilin sonuna olan məlumatlara əsasənAzərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları(BOKT) tərəfindən milli valyutada verilmiş istehlak kreditlərininorta faiz dərəcəsi 35% təşkil edib.

Seçilən
19
3
az.trend.az

4Mənbələr