Türkiyənin Kütahya şəhərində fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, Kütahyanın Tavşanlı rayonunda mikroavtobus buz bağlayan yolda idarəetmədən çıxaraq aşıb.
Nəticədə 3 nəfər yaralanıb.
Yaralılar Mustafa Kalemli Dövlət Xəstəxanasına çatdırılıb.
Onların həyati təhlükəsinin olmadığı bildirilib.(e.huquq.az)