AZ

Serxio Ramos Meksika klubuna keçib

İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu Serxio Ramos karyerasını Meksikada davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, 39 yaşlı müdafiəçi "Monterrey" komandasına keçib. Təcrübəli oyunçu ilə 1 illik müqavilə imzalanıb.

O, yeni komandasında 94 nömrəli formanı geyinəcək. Ramosun bir illik məvacibi 4 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Serxio Ramosun son klubu İspaniya "Sevilya"sı olub.

Seçilən
8
3
yeniazerbaycan.com

4Mənbələr