Bakı. Trend:
Elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlərçərçivəsində adi ipoteka kreditləri üzrə 1337 müraciət, güzəştliipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb.
Bu barədə Trend İpoteka və Kredit Zəmanət Fonduna istinadənxəbər verir.
Bildirilib ki, həm adi, həm də güzəştli ipoteka kreditlərininəlverişli şərtlər və aşağı faiz dərəcələri ilə verilməsinəticəsində bu kreditlərə əhali arasında yüksək tələbformalaşmışdır.
Qeyd olunub ki, elan edilmiş vaxtlarda müvəkkil banklaraayrılmış limitlər çərçivəsində adi ipoteka kreditləri üzrə 1337müraciət, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydəalınıb: "Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrəmüraciətlərin qəbulu və bundan sonrakı proseslər mövcudqanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davametdirilir".
Qeyd edək ki, Azərbaycan Respublikasının İpoteka və KreditZəmanət Fondu tərəfindən 2025-ci il ərzində ipotekakreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklaralimitlər ayrılıb.
Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 6 fevral2025-ci il saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrəmüraciətlərin qəbuluna isə 7 fevral 2025-ci il saat 10:00-danbaşlanılıb.
Vətəndaşlardan müraciətlərin qəbulu Elektron Hökumət(www.e-gov.az) portalına inteqrasiya edilmiş “Elektron ipoteka vəkredit zəmanət” sistemi üzərindən, hər kəsə bərabər şəraityaradılmaqla, real vaxt rejimində həyata keçirilib.