AZ

Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edildi

Ermənistanın Sünik vilayətinin Məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin keçmiş komandanı Cəlal Harutyunyana 5 il 5 ay müddətinə cəza verib.

 

Prokuror hakimlərdən onun 6 il azadlıqdan məhrum olunmasını tələb etmişdi.

 

Əvvəlcə Qarabağ müharibəsində ölən separatçı ordunun əsgərlərinin valideynləri çıxış edərək, məhkəmədən C. Harutyunyanın 8 il müddətinə həbsxanaya göndərilməsini istəyib.

 

Qeyd edək ki, C. Harutyunyan ittiham edildiyi epizodlar əsasən 44 günlük müharibə zamanı separatçı ordunun “əks-hücum əməliyyatlarının” uğursuzluqla nəticələnməsi ilə bağlıdır.

 

APA

Tarix: 7 Fevral 2025, 17:59   
Seçilən
89
5
pravda.az

7Mənbələr