AZ

Cənubi Koreya Rusiyadan helikopterlər alıb

Cənubi Koreya 2014-cü ildən bəri ilk dəfə olaraq 4,1 milyon dollar dəyərində Rusiya helikopterləri idxal edib.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə  respublikanın statistikasına istinadən məlumat yayıb.

 

Həmçinin 2024-cü ildə Seul Moskvadan 5,2 milyon dollara 34,5 ton təyyarə hissələri idxal edib ki, bu da 2023-cü ildən 69,2% az və 2022-ci ildən bəri minimumdur.

 

Təyyarə, helikopter və pilotsuz təyyarələr üçün müxtəlif ehtiyat hissələrinin idxalının həcmi 2,9 milyon dollar, pərvanələrin idxalı 2,04 milyon dollar, şassilər və onların hissələrinin idxalının həcmi 261 min dollar təşkil edib.

 

Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2024-cü ilin yanvar-oktyabr aylarında Cənubi Koreya Çin (33,8%), Hindistan (8,8%), Türkiyə (8,3%), Belarus (7,1%) və Qazaxıstandan (4%) sonra Rusiyanın altıncı ən böyük ticarət tərəfdaşı olub. Seulun payı Moskva ilə ticarət dövriyyəsinin 2,1%-ni təşkil edib.

 

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Cənubi Koreya Rusiyaya qarşı dəfələrlə sanksiyalar tətbiq edib.

 

Nigar

 

Seçilən
7
oxu24.com

1Mənbələr