AZ

AZAL aviaşirkəti üzrə son 5 ildə reyslərin sayı 43 % artıb (FOTO)

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” (AZAL) QSC son 20 il ərzində planlı vədinamik şəkildə inkişaf edərək bir sıra mühüm nailiyyətlərə imzaatıb.

Trend xəbər verir ki, bunuAZAL-ın prezidenti Samir Rzayev “Facebook” sosial şəbəkə hesabındabildirib.

Onun sözlərinə görə, qeyd edilən dövr ərzində işğaldan azadolunmuş torpaqlarımız da daxil olmaqla ölkəmizdə dünyastandartlarına cavab verən hava limanlarının və terminallarıninşası reallaşdırılıb, təyyarə parkı modernləşdirilib vəgenişləndirilib.

"Maddi-texniki bazanın yaxşılaşdırılması ilə yanaşı, aviasiyasahəsində kadrların yetişdirilməsi, onların potensialınıngücləndirilməsi və daha yüksək mərhələyə çatdırılması üçün mühümaddımlar atılıb.

AZAL aviaşirkəti üzrə 2024-cü ilin göstəricilərinin COVID-19pandemiyasından əvvəlki dövr ilə (2019-cu illə) müqayisəsinəəsasən:
Uçuş istiqamətlərinin sayını 63-ə çatdırmaqla,
Qeyd olunan istiqamətlərdə 17 mindən artıq uçuş icra etməkləreyslərin sayında 43% artıma,
4 milyondan çox sərnişinə xidmət göstərməklə sərnişin sayında 50%artıma nail olunub və tarixi rekorda imza atılıb.

Müvafiq dövrlər üzrə AZAL və Heydər Əliyev Beynəlxalq AeroportuSkytrax tərəfindən dəfələrlə “5 Ulduz” mükafatlarına layiq görülüb,illər ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar əldə edib.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə verənfəaliyyətlərin həyata keçirilməsi dayanıqlı inkişaf üçün güclüzəmin yaradıb.

AZAL tarixi ənənəsinə sadiq qalaraq sərnişinlərə yüksəkstandartlara cavab verən xidmət təqdim etməyə davam edir", - Rzayevəlavə edib.

AZAL
AZAL
Məqalədə:
Seçilən
45
6
az.trend.az

7Mənbələr