Türkiyə Kubokunda "Erzurumspor"a qarşı oyunda zədələnən 3 futbolçunun vəziyyətinə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, Dieqo Karlosun sağ diz iç yan bağlarında zədələnmə aşkarlanıb. əzələsində qismən yırtıq aşkarlanıb. Yeni transfer ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Aleksander Cikunun sağ arxa əzələsində qismən yırtıq müəyyən edilib. Cikunun təxmini 2 həftə komandaya kömək edə bilməyəcəyi gözlənilir.
Yusuf Akçiçekin isə sol dizində yüngül zədələnmə baş verib. Gənc oyunçu 7-10 gün müddətinə "sarı-lacivətlilər"dən ayrı qalacaq.