Ukrayna ərazisindən tranzitin dayandırılmasından bir ay sonra Slovakiya yenidən Rusiyadan qaz alır. Bu barədə Slovakiyanın dövlət qaz şirkəti SPP-nin məlumatında deyilir.
Qaz hazırda Türkiyə və Macarıstan vasitəsilə tədarük edilir.
Şirkət rəhbəri Voytek Ferenç bildirib ki, SPP, siyasi problemlərə baxmayaraq, Rusiyanın "Qazprom" şirkəti ilə 2034-cü ilə qədər bağlanmış müqaviləyə sadiq qalmaq niyyətindədir.
Ukrayna ilin əvvəlində Rusiya qazının tranzitini dayandırmışdı.
Gülnar
www.anews.az