AZ

Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir

Qarabağ Universitetində növbəti il 1500 tələbənin təhsil alması mümkün olacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə deyib. 

Nazir bildirib ki, gələn il həmçinin  Qarabağ Universitetində klinika və tibb fakültəsinin yaradılması nəzərdə tutulur.
 
Hazrda Azərbaycanda tibb ixtisası üzrə Azərbaycan Dövlət Tibb Universitetində təhsil verilir.
 
Qarabağ universiteti Xankəndində 1969 -cu ildə  təsis edilib və 2023-cü ildə prezident fərmanı ilə  yenidən fəaliyyətini bərpa edib. 
 
33 ildən sonra bu il tələbələr yenidən Qarabağ Universitetində  təhsil almaq imkanı qazanıb. 
 
Universitetdə təhsil alan tələbələr üçün müəyyən güzəştlər tətbiq edilib. 
 
Qarabağ Univrsitetində tədris Azərbaycan və İngilis dilində aparılır. 
 
Hazırda universitetin 1120 tələbəsi var.
 
Gülnar Nazimqızı

www.anews.az
Seçilən
15
anews.az

1Mənbələr