AZ

Ukranya Trampla ölkədə seçkilərin keçirilməsini müzakirə edə bilər

Vaşinqton Kiyevlə respublikada 2025-ci ildə seçkilərin keçirilməsi zərurətini müzakirə etməyib. Bunu Ukraynanın  ABŞ- dakı səfiri Oksana Markarova bildirib.

O qeyd edib ki, Trampın komandası dialoq zamanı bu məsələni qaldırarsa, Ukrayna bunu müzakirə etməyə hazırdır.

"2023-2024-cü illərdə bu məsələ nəzəri olaraq müzakirə olunanda bizim mövqeyimiz ondan ibarət idi ki, bunun baş verməsi üçün hərbi əməliyyatlar dayandırılmalıdır. Müharibə zamanı biz səsverməyə tam çıxışı təmin edə bilməyəcəyik" , - səfir deyib. 

Fevralın 1-də ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Kiyev ilin sonuna qədər seçki keçirməlidir. O, bunun həm parlament, həm də prezident seçkilərinə aid olduğunu vurğulayıb.

Aytac 
www.anews.az
Seçilən
10
anews.az

1Mənbələr