AZ

Evdən 102 zəhərli ilan tapıldı

Avstraliyanın Sidney şəhərində bir evin bağçasında ot tayalarından zəhərli ilanlar çıxıb.

News24.az bildirir ki, hadisə yerinə gələn xilasetmə qrupu ot tayasında onlarla ilan tapıb. 

Sürünən xilasetmə şirkətinin sahibi Cory Kerevaro ilanların üç saat ərzində toplana biləcəyini və aşkarlanan qırmızı zolaqlı qara ilanların zəhərli bir növ olduğunu söyləyib.

Kerevaro, bunun normal olaraq gündə 5-15 sürünən tutan komandalar üçün rekord rəqəm olduğunu söyləyib.

Avstraliyada tez-tez görülən qırmızı qarınlı qara ilanların dişləmələri səbəbindən bu günə qədər heç bir ölüm halının qeydə alınmadığı bildirilir. İlan sancması nəticəsində dişlənmiş nahiyədə şişlik, ürəkbulanma və ishal baş verə bilər.

Selcan Aslan 

Seçilən
58
news24.az

1Mənbələr