AZ

“Tramp Rusiyaya qarşı sanksiyaları ikiqat artırmağa hazırdır” – Keyt Kelloq


ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya sanksiyalarla təzyiqi davam etdirməyə hazırdır,
Yeniavaz.com
xəbər verir ki, bu barədə Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “New York Post” qəzetinə müsahibəsində bildirib.
O, müsahibəsində bir daha bildirib ki, Kiyevdən də güzəştlərə ehtiyac olacaq.
Kelloq Rusiyaya qarşı sanksiyaların necə tətbiq olunduğunu 10 ballıq şkala üzrə 3 balla qiymətləndirib.
O, hesab edir ki, Rusiyaya iqtisadi təzyiq əhəmiyyətli dərəcədə artırıla bilər. Kelloqun qeyd etdiyi kimi, Tramp sanksiyaların nə qədər güclü rıçaq olduğunu yaxşı anlayır.
Kelloq Trampın prioritetinin müharibəni bitirmək olduğunu da təsdiqləyib. O qeyd edib ki, Rusiyaya qarşı hərbi təzyiq kifayət etmir, çünki o, cəbhədəki itkilərə daha az həssasdır.
Kelloq bildirib ki, Ukrayna və Rusiya sonda sülhə razı olmalıdırlar və bunun üçün də qarşılıqlı güzəştə getməlidirlər.
O, konkret olaraq hansı güzəştlərdən danışdığını açıqlamayıb, ancaq ABŞ-nin vasitəçilik missiyasını, 1905-ci ildə ABŞ prezidenti Teddi Ruzveltin Rusiya ilə Yaponiya arasında müharibəyə son qoymaq üçün danışıqları necə təşkil etdiyini, bundan sonra Nobel Sülh Mükafatını aldığını xatırladıb.
Qeyd edək ki, Tramp dəfələrlə Rusiya və Ukrayna arasında müharibəyə tez son qoymağın vacibliyini bəyan edib. Kreml də ABŞ ilə danışıqlara hazır olduğunu təsdiq edib, lakin eyni zamanda rəsmi və qəti şəkildə bəyan edib ki, Rusiyanın münaqişəni dondurması və Ukraynaya əvvəllər irəli sürülən tələblərdən imtina etməsi qəbuledilməzdir.
Seçilən
96
50
yeniavaz.com

10Mənbələr