AZ

İlon Mask ABŞ hökuməti üçün süni intellekt əsaslı çatbot hazırlayır

ABŞ hökumətinin səmərəliliyinin artırılması üzrə idarə (Department of Government Efficiency - DOGE) iş adamı İlon Maskın rəhbərliyi altında süni intellekt əsasında fəaliyyət göstərən "GSAi" adlı çatbotun hazırlanması üzərində işləyir. 

Valyuta.az xəbər verir ki, bu barədə "Wired" jurnalı məlumat yayıb.

Məlumata görə, layihənin məqsədi dövlət idarəçiliyini təkmilləşdirmək və təxminən 12 min hökumət əməkdaşının gündəlik fəaliyyətini daha məhsuldar etməkdir. Bu işçilər əsasən ofis sahələrinin idarə edilməsi, müqavilələr və informasiya texnologiyaları infrastrukturuna cavabdehdirlər. Maskın komandası müxtəlif texnologiyalardan istifadə edərək böyük həcmli məlumatları analiz etməyə çalışır.

Bundan əvvəl İlon Mask bəyan etmişdi ki, ABŞ "növbəti müharibədə" uğursuzluğa düçar olacaq, əgər öz silahlanma proqramını tamamilə islah etməsə. Onun sözlərinə görə, hazırkı strategiya "dünənki müharibə" üçün az sayda, lakin baha başa gələn silahların istehsalına əsaslanır və bu yanaşma dəyişdirilməlidir.

Paşa Məmmədli

Seçilən
32
valyuta.az

1Mənbələr