AZ

Söküləcəyi deyilən məscidlə bağlı RƏSMİ AÇIQLAMA

Sumqayıt şəhərinin Ceyranbatan yaşayış massivində yerləşən “Ceyhun xanım və Hacı Əhməd” məscidinin sökülməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Publika.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, söküntü işləri məscidin qarşısında qeyri-qanuni quraşdırılmış metal konstruksiyada aparılıb:

"Dini Komitənin müvafiq dövlət qurumlarından aldığı məlumata görə, qeyd edilən ünvanda başlayan tikinti işləri Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun həyata keçirilməyib, aidiyyəti qurumlardan müvafiq razılıqlar və rəylər alınmayıb".

Seçilən
32
publika.az

1Mənbələr