AZ

“Global Energy Solutions” istiqrazlarına 4 investor 4 sifariş təqdim edib

“Global Energy Solutions” MMC-nin istiqrazlarının abunə yazılışı 21.01.2025-ci il tarixindən başlayaraq, 14 gün davam etmiş və fevralın 3-ündə yekunlaşmışdır.

Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 7 fevral 2025-ci il tarixində yekunlaşmışdır.

Marja Birjaya istinadən xəbər verir ki, 5 milyon manatlıq istiqrazlara 4 investor 4 sifariş təqdim edib. Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)  5 milyon manat, reallaşdırılmış həcm də milyon manat olub. 

Qeyd edilib ki, “Global Energy Solutions” MMC-nin AZ2001025884 İSİN kodlu qiymətli kağızlarının ticarət nəticələrinin “Qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması, ticarətinin dayandırılması, delistinqi” qaydalarının 3.19 və 3.20-ci bəndlərindən irəli gələn tələblərə uyğun olmadığı üçün, sözügedən kağızlar listinq siyahısına əlavə edilməmişdir.

16 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Global Energy Solutions” MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdi.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: “Global Energy Solutions” MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2001025884

İstiqrazın növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/Abunə yazılışı

İstiqrazın sayı: 50 000 (ədəd)

İlkin ticarət qiyməti:  100 manat

Buraxılış həcmi:  5 000 000 manat

İllik gəlirlilik faizi:  12%

Ödəmə Periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 ( üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə) 

Tədavül müddəti:  2 il

Minimal qiymət:  100 manat (12.0000%)

Maksimal qiymət:  100 manat (12.0000%)

Kəsmə qiymət:  100 manat (12.0000%)

Orta çəkili qiymət:  100 manat (12.0000%)

Reallaşdırılmış həcm:  5 000 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  5 000 000 manat

İnvestor sayı:  4

Sifariş sayı:  4

Anderrayter:  “PAŞA Kapital İ.Ş” QSC

 

Seçilən
11
marja.az

1Mənbələr