AZ

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi XII Qlobal Bakı Forumuna həsr olunmuş rəsmi qəbul keçirib (FOTO)

Bakı. Trend:7 fevral 2025-ci il tarixində Nizami GəncəviBeynəlxalq Mərkəzi (NGBM) 12-ci Qlobal Bakı Forumuna həsr olunmuşrəsmi qəbul keçirib.

Trend xəbər verir ki, qəbuldadünya ölkələrinin Azərbaycan Respublikasındakı diplomatiknümayəndələri və beynəlxalq təşkilatların nümayəndələri iştirakedib.

Tədbirin açılışında Mərkəzin baş katibi Rövşən Muradov çıxışedərək, bu il 13-15 mart tarixlərində keçiriləcək XII Qlobal BakıForumu haqqında ətraflı məlumat verib. O, forumun əsasmövzularından, qlobal çağırışlar fonunda aparılacaq müzakirələrdənvə dünyanın müxtəlif ölkələrindən gələcək ali səviyyəli qonaqlardanbəhs edib.

Qeyd edək ki, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə YüksəkSəviyyəli Çempionu və Azərbaycan Respublikasının Milli Məclisininmüstəqil deputatı Nigar Arpadarai çıxış edərək, COP29 çərçivəsindəNGBM ilə birgə həyata keçirilən tədbirlər, eləcə də NGBM-inCOP29-un uğuruna verdiyi töhfələr haqqında danışıb.

Bundan əlavə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisiVladanka Andreeva da çıxış edərək, NGBM-in beynəlxalq arenadarolunu və BMT qurumları ilə olan sıx əməkdaşlığını qeyd etdi. O,Mərkəzin qlobal miqyasda nüfuzunun artmasının vacibliyinivurğuladı.

Daha sonra Latviyanın Azərbaycandakı səfiri çıxış edərək XIIQlobal Bakı Forumunun əhəmiyyətini bir daha diqqətə çatdırdı vəNGBM-in beynəlxalq platformalarda aparıcı mövqeyini xüsusi qeydedib.

Məlumat üçün bildiririk ki, XII Qlobal Bakı Forumu 2025-ci ilin13-15 mart tarixlərində, Bakı şəhərində “Dünya düzəninin yenidəndüşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethınkıng WorldOrder: Turnıng Challenges Into Opportunıtıes”) mövzusundakeçiriləcəkdir. Tədbirdə müxtəlif ölkələrdən 300-dən çox xariciqonağın iştirakı nəzərdə tutulur.

Tədbirin rəsmi hissəsi XII Qlobal Bakı Forumunun promovideosunun nümayişi ilə başa çatıb.

Nizami
Nizami
Nizami
Seçilən
32
3
az.trend.az

4Mənbələr