Gündəlik "Daily Mail" nəşrinin məlumatına görə, Kiyevdə siyasi-diplomatik dairələrdə ABŞ lideri Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh planı müzakirə edilir. “Ulusum”.az xəbər verir ki, plana əsasən, prosesi Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında telefon danışığı başlatmalı, daha sonra dövlət başçılarının fevralın sonu - martın əvvəlində şəxsi görüşü nəzərdə tutulur.Britaniya nəşri qeyd edir ki, ABŞ sazişin bağlanması üçün beynəlxalq konfrans təşkil etməyi planlaşdırır. Atəşkəsin 20 aprel tarixində başlaması, 9 maya qədər isə münaqişənin həll parametrlərinin razılaşdırılması gözlənilir.Plana görə, Kiyev Rusiyanın sərhədlərini tanımalı və Ukrayna qoşunlarını Kursk vilayətindən çıxarmalıdır. Ukrayna həmçinin nüvə neytrallığını elan etməli və NATO-ya üzvlükdən imtina etməlidir. ABŞ 2030-cu ilə qədər Ukraynaya hərbi dəstək verməyi və ölkənin Avropa İttifaqına üzv olmasına dəstək göstərməyi nəzərdə tutur. Ukraynanın bərpasının bir hissəsini isə Aİ üzərinə götürəcək.Razılaşma çərçivəsində Rusiyaya tətbiq olunan sanksiyalar tədricən aradan qaldırıla bilər. Bununla yanaşı, Rusiyanın enerji resurslarına rüsum tətbiq olunması və bu vəsaitin bir hissəsinin Ukraynanın bərpasına yönəldilməsi planlaşdırılır.Səidə
Diqqət Çəkənlər
Mətbəxin sirri - Analar üçün
Ərdoğan Azərbaycan səfirinə mükafat verdi
Hərbi Prokurorluq: Bu il hərbi cinayətlərin 100% açılıb