Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fərman ICC əməkdaşlarına və onların ailə üzvlərinə qarşı aktivlərin dondurulması və səyahət qadağaları tətbiq edəcək, xüsusilə ABŞ və bəzi müttəfiqlərinin vətəndaşlarını araşdıran və ya mühakimə edənlərə yönəldiləcək.
Fərman ICC-nin noyabrda İsrail liderlərinə qarşı çıxardığı həbs qərarlarına cavab olaraq imzalanıb.
Tramp ICC-nin ABŞ-ın suverenliyinə təhdid yaratdığını bildirərək, məhkəməyə qarşı sanksiyaların tətbiq olunacağını açıqlayıb.
Jalə
Demokrat.az