AZ

Qəbələnin iki kəndində həkim məntəqəsi əsaslı təmir olunub

Qəbələ, 7 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun Hacıalılı və Zalam kəndlərində uzun müddət yararsız vəziyyətdə olan həkim məntəqələri əsaslı təmirdən sonra istifadəyə verilib.

Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, istifadəyə verilən həkim məntəqələrində Qəbələ Rayon Mərkəzi Xəstəxanasının və məntəqələrin tibb heyəti tərəfindən sakinlərin müayinəsi aparılıb.

Pediatr, terapevt, nevroloq, həmçinin EKQ və ultrasəs müayinələrindən keçirilən sakinlər regionlarda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Seçilən
30
1
azertag.az

2Mənbələr