BAKI,TurkicWorld
Əsədin məsuliyyətə cəlb edilməsi məsələsi Boqdanovun Dəməşqə səfəri zamanı gündəmə gətirilib,
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, bunu Suriya Müdafiə Naziri Mərhəf Əbu Qəsrə deyib.
O qeyd edib ki, bununla yanaşı rəsmi Dəməşq Rusiyanın Aralıq dənizi sahillərində hava və dəniz bazalarını saxlamağa icazə verməyə hazırdır.
Əbu Qəsrə Amerikanın The Washington Post qəzetinə verdiyi müsahibədə bildirib ki, Əsədin ölkədən qaçaraq Moskvayta sığınmasına baxmayaraq, Suriya-Rusiya münasibətlərində irəliləmə var.
Əbu Qəsrə onu da bildirib ki, Dəməşqdəki yeni hökumət ABŞ və Türkiyənin Suriyadakı hərbi bazalarının statusu ilə bağlı da danışıqlar aparır. O əlavə edib ki, Ankara ilə yeni hərbi razılaşmalar Türkiyə qüvvələrinin ölkədə azaldılmasını nəzərdə tuta bilər.
O əlavə edib ki, ABŞ-ın ölkənin şimal-şərqində hərbi varlığını saxlamaq məsələsi hələ də "danışıqlar mövzusudur".