AZ

Türk Mədəniyyəti və İrsi Fondunun ikinci şura toplantısı keçirilib

Bakı. Trend:

7 fevral 2025-ci il tarixində Astanada, Milli Muzeydə,Qazaxıstan Respublikasının sədrliyi və təşkilata Üzv DövlətlərinMədəniyyət Nazirliklərinin iştirakı ilə Türk Mədəniyyəti və İrsiFondunun ikinci Şura Toplantısı keçirilib.

Trend-in TurkicWorld-ə istinadənməlumatına görə, iclasda Fondun prezidenti Aktotı Raimkulova Türkdövlətləri başçılarının göstərişinə əsasən “Türk Dünyasına Baxış2040” sənədi və TURKTIME təşəbbüsünün rəhbərliyi altında türkmədəni irsinin dünya arenasında qorunması, inkişaf etdirilməsi vəgələcək nəsillərə ötürülməsi sahəsində təşkilatın stratejiistiqamətləri barədə məlumat verib. Həmçinin, 2024-cü il üzrəFondun fəaliyyətinə dair ətraflı hesabat təqdim olunub.

Eyni zamanda toplantı çərçivəsində iştirakçılara Fondun2025-2026-cı illər üzrə Fəaliyyət Planları barədə ətraflı təqdimatkeçirilib.

Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya naziri AidaBalayevanın sədrliyi altında keçirilən Fondun ikinci ŞuraToplantısında Türk Dövlətləri Təşkilatının baş katibi KubanıçbekÖmüraliyev, Azərbaycan Respublikasının Mədəniyyət naziri AdilKərimli, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman vəGənclər Siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və TürkiyəRespublikasının Qazaxıstan Respublikasındakı fövqəladə vəsəlahiyyətli səfiri Mustafa Kapucu, eləcə də Türk ölkələri dövlətorqanlarının nümayəndələri iştirak edib.

İclasın yekunlarına əsasən təşkilata üzv ölkələrin nümayəndələritərəfindən Fondun 2024 – cü il üçün fəaliyyətinin yüksəkqiymətləndirilməsi, təşkilatın 2025-2026-cı illər üçün FəaliyyətPlanlarının təsdiq edilməsi daxil olmaqla Protokol imzalanıb.

Qeyd etmək lazımdır ki, Şura toplantısının nəticələri Türkdövlətləri arasında mədəni əməkdaşlığın inkişafında vacib bir addımolacaq, mədəni mirasın qorunması sahəsində əməkdaşlığıgücləndirəcək və beynəlxalq layihələrə yeni bir təkanverəcəkdir.

Türk
Türk
Türk
Türk
Türk
Türk
Seçilən
33
11
az.trend.az

10Mənbələr