![Torpaqdan çıxan təbii antibiotik!](https://e-saglam.az/storage/news/middle/images/2025/2/suyudun-faydasi.webp)
Şüyüd yalnız yeməklərə verdiyi ləzzətlə deyil, həm də sağlamlıq üçün təqdim etdiyi faydalarla ön plana çıxır. Bu kiçik yaşıl bitki həzm sistemindən immunitet gücləndirilməsinə qədər bir çox sahədə bədənə müsbət təsir göstərir.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az bildirir ki, şüyüdün tərkibindəki faydalı maddələr həzmi asanlaşdırır və mədə narahatlıqlarını azaldır. Xüsusilə qaz ağrılarından əziyyət çəkənlər üçün mükəmməl bir təbii həll ola bilər.
Stress və gərginliklə bağlı yuxu problemləri yaşayanlar üçün şüyüd sakitləşdirici təsir göstərir. İsti şüyüd çayı daha rahat yuxuya getməyə kömək edə bilər.
Şüyüdün tərkibində olan kalsium sümüklərin möhkəmliyini qoruyur və osteoporoz riskini azalda bilər. Xüsusilə yaş artdıqca sümük sağlamlığının qorunması üçün vacibdir.
Bu bitki antioksidant və C vitamini ilə zəngin olduğu üçün immuniteti gücləndirir. Xəstəliklərə qarşı bədənin müqavimətini artıraraq qoruyucu rol oynayır.
Aparılan bəzi tədqiqatlar göstərir ki, şüyüd qan şəkərinin tarazlaşdırılmasına kömək edə bilər. Xüsusilə diabet xəstələri üçün faydalı bir qida ola bilər.
Ağız qoxusunu təmizləyən şüyüd təravətli nəfəs üçün ideal seçimdir. Sarımsaq və ya soğan yedikdən sonra bir neçə budaq çeynəmək ağızı təmizləyir.
Şüyüd salatlara əlavə edilə, qatıqla qarışdırıla və ya yeməklərə səpilərək istifadə oluna bilər. Onu çay kimi də dəmləyib sakitləşdirici təsirindən faydalanmaq mümkündür.
Tərcümə: Könül Oruc