"Mançester Yunayted"in həmsahibi Cim Retkliff Harri Keynin transfer olunmasını arzulayır.
İdman.biz xəbər verir ki, "Bavariya"da çıxış edən 31 yaşlı hücumçu yenidən İngiltərədə çıxış edə bilər.
Retkliffin Keynin böyük həvəskarı olduğunu vurğulanıb. Münhen klubu ilə Harri arasındakı müqavilədə 2026-cı ilin qışında 65 milyonluq sərbəst qalma maddəsi aktiv olacaq. Onun "pivəçilər"lə müqaviləsi 2027-ci ilin yayında bitəcək.
Qeyd edək ki, təcrübəli forvard 2023-cü ilin yayında "Bavariya"da çıxış edir. O, komandanın heyətində 72 oyunda 70 qol vurub, 22 ötürmə verib.
İdman.biz