AZ

Qəzza dağıntıları altında İsrail girovlarının cəsədləri qalıb

Qəzza

Bəzi İsrail girovlarının cəsədləri Qəzza sektorunda dağıntılar altında qalıb və onların çıxarılması üçün ağır texnika tələb olunur. “Ulusum”.az xəbər verir ki, bu barədə Qəzza hakimiyyətinin mətbuat xidməti məlumat yayıb."Bölgəyə ağır texnika və dağıntıları təmizləmək üçün uyğun avadanlığın gətirilməsinə qadağa, HAMAS döyüşçülərinin İsrail bombardmanları nəticəsində həlak olan bəzi girovların cəsədlərini dağıntılar altından çıxarmasına imkan vermir," – deyə mətbuat xidmətinin Telegram kanalında dərc olunmuş bəyanatda bildirilir. Girovların hansı bölgələrdə saxlanıldığı barədə məlumat verilmir.Hazırda Qəzza sektoruna tikinti texnikası, o cümlədən buldozerlər, Misir tərəfindən təmin edilir. Lakin şərt budur ki, texnikanı yalnız misirli operatorlar idarə etsin. Beləliklə, misirli sürücülər Qəzzada, sektorun sakinləri onların xidmətinə ehtiyac duyduğu müddətcə işləyəcəklər.Səidə

Diqqət Çəkənlər

Mətbəxin sirri - Analar üçün

Ərdoğan Azərbaycan səfirinə mükafat verdi

Hərbi Prokurorluq: Bu il hərbi cinayətlərin 100% açılıb

Seçilən
22
ulusum.az

1Mənbələr