AZ

Qvardiola "Arsenal"a 1:5 hesablı məğlubiyyətdən sonra verdiyi qərarını açıqlayıb

“Mançester Siti” ötən həftə sonu “Arsenal”a 5:1 hesablı məğlubiyyətlə azarkeşlərini məyus edib.

90deqiqe.Az xəbər verir ki, "Siti"nin baş məşqçisi Xosep Qvardiola bu həftə futbolçulara iki gün istirahət verib və bunu belə izah edib.

"Arsenal məğlubiyyətindən bir həftə sonra? Dünən və bu gün məşq etdik. Komandaya iki gün istirahət vermək qərarına gəldik, çünki oyunlarımız çox idi və olacaq. İnsanların məşq etməkdənsə, ailələri ilə vaxt keçirib dincəlməsinə üstünlük verdim.Bu, gözəl idi" 

Şənbə günü “Mançester Siti” İngiltərə kubokunda “Leyton Orient”lə səfər matçı keçirəcək.

Seçilən
22
90deqiqe.az

1Mənbələr