AZ

Maraqlı araşdırma: Kişilər qadınlardan daha çox ciddi münasibətdə olmaq istəyirlər

Maraqlı araşdırma: Kişilər qadınlardan daha çox

Berlin Humboldt Universitetinin apardığı araşdırmaya görə, kişilər qadınlara nisbətən daha çox ciddi münasibət axtarır. Tədqiqat nəticələri göstərir ki, kişilər romantik münasibətə qadınlardan daha çox ehtiyac duyurlar.

Emlakbazari.az

E-saglam.az-ın məlumatına görə, araşdırmalar göstərib ki, kişilər ayrılıqdan sonra daha çox tənha qalır və buna görə də münasibətləri qorumağa daha çox çalışırlar. Boşanma müraciətlərinin 70 faizinin qadınlardan gəldiyi müəyyən edilib.

Mütəxəssislər bildirirlər ki, qadınlar emosional dəstəyi dostları və ailə üzvlərindən daha asan alır. Bu isə onların münasibətlərə daha az asılı olmasına gətirib çıxarır.

Kişilər isə emosional və fiziki rifahlarını daha çox romantik münasibətlərdə tapırlar. Bu səbəbdən, münasibətdən ayrılmaq onlar üçün daha çətin olur.

Pew Araşdırma Mərkəzinin məlumatlarına əsasən, qadınlar çətin anlarında analarına və dostlarına müraciət edir. Kişilər isə emosional problemlərini paylaşmaqdan çəkinirlər.

Tədqiqatçılar bu fərqin cəmiyyətin formalaşdırdığı gender normaları ilə əlaqəli olduğunu vurğulayır. Qadınlar dəstək almaqda daha açıq olduqları halda, kişilər bu vərdişi gənc yaşlarından qazanmırlar.

Digər tədqiqatlar da kişilərin romantik münasibətlərə daha çox bağlı olduqlarını təsdiqləyir. Münasibət bitdikdə onların daha çox psixoloji çətinlik yaşadığı müşahidə edilib.

“Social Psychological and Personality Science” jurnalında yayımlanan başqa bir araşdırma qadınların kişilərdən daha çox tək yaşamağı üstün tutduğunu göstərir.

Bu, qadınların sosial dəstək sistemlərinin kişilərdən daha güclü olması ilə izah edilir. Onlar münasibətdən asılı olmadan da emosional ehtiyaclarını ödəyə bilirlər.

Kişilər isə daha çox həyat yoldaşları və sevgililəri vasitəsilə emosional tarazlıqlarını təmin edirlər. Buna görə də, ayrılıq onlar üçün daha stresli ola bilər.

Bu araşdırmalar romantik münasibətlərdə gender fərqlərini daha yaxşı anlamağa kömək edir. Münasibətlərdə emosional ehtiyacların fərqli olması onların davamlılığına da təsir edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
12
e-saglam.az

1Mənbələr