AZ

Ordubadın Tivi kənd sakinlərinin müraciətləri dinlənilib (FOTO)

Bakı. Trend:

7 fevral 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətininbaşçısı Rəcəb Rəhimli tərəfindən Tivi kəndində səyyar qəbulkeçirilib.

Trend xəbər verir ki,vətəndaşları narahat edən məsələlərin yerində araşdırılması vəqaldırılan problemlərin qanunauyğun şəkildə həllinə nail olunmasıməqsədilə təşkil edilən görüşdə İcra Hakimiyyəti başçısınınmüavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə vətəşkilat rəhbərləri, kəndin icra nümayəndəsi və bələdiyyə sədriiştirak ediblər.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimlisakinləri salamlayaraq Prezident İlham Əliyevin rəhbərliyi iləölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər haqqında ətraflıməlumat verib, yeni dünya nizamının formalaşdığı bir dövrdəAzərbaycanın artan gücü və qüdrəti barədə fikirlərini bölüşüb.Çıxış zamanı 44 günlük Vətən müharibəsində əldə olunan parlaqqələbə nəticəsində ölkəmizin bölgədə əsas söz sahiblərindən birinəçevrildiyi qeyd olunub. Hazırda işğaldan azad olunmuş Qarabağ vəŞərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işlərininaparılması vurğulanıb.

İcra başçısı, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” ifadəsinibir daha xatırladıb və bildirib ki, bu layihənin reallaşması MuxtarRespublika, eləcə də dəhlizin ilkin giriş qapısı sayılan Ordubadrayonunun sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi rayonlarının vahid biriqtisadi sistemin parçası kimi nəzərdə tutulduğu qeyd olunaraq, buərazilərin perspektivdə Türk dünyasının da içərisində olduğu vənəhəng nəqliyyat dəhlizlərinin keçəcəyi marşrut olaraq böyükəhəmiyyət kəsb edəcəyi iştirakçıların nəzərinə çatdırılıb.

Qars-Naxçıvan dəmiryolu xətti və İğdır-Naxçıvan qaz xəttilayihələri barədə də danışan İcra başçısı qeyd edib ki, bulayihələr ölkənin regionda nəqliyyat və enerji sahəsindəəməkdaşlığını genişləndirir, eyni zamanda Naxçıvanın Azərbaycanınəsas hissəsi ilə əlaqələrinin möhkəmləndirilməsində mühim roloynayır. Qars-Naxçıvan dəmiryolu xətti bölgədə iqtisadi əlaqələrininkişafına töhfə verəcək, ticarət və yükdaşımaların həcminiartıracaq. İğdır-Naxçıvan qaz xətti isə enerji təhlükəsizliyinintəmin edilməsində vacib əhəmiyyətə malikdir.

“2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasınınsosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında məlumat verənİcra başçısı, 2025-ci ildən etibarən görüləcək işlərin daha dasürətlənəcəyini bildirib. Görüş zamanı Dövlət Proqramına uyğunolaraq yaxın gələcəkdə ipəkçilik və konserv məhsullarının istehsalolunacağı müəssisələrin yaradılmasının nəzərdə tutulduğu qeydolunub. Həmçinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğununyaradılması haqqında Prezident İlham Əliyevin 21 fevral 2024-cü iltarixli Sərəncamı ilə rayonun bölgədə əsas turizm mərkəzlərindənbirinə çevriləcəyi, atılacaq addımların şəhərin yeni hazırlanan başplanına uyğun həyata keçiriləcəyi diqqətə çatdırılıb.

Yekunda Tivi kənd sakinlərinin ümumi problemləri müzakirəedilib, vətəndaşların arzu və təklifləri dinlənilib, məşğulluq,elektrik, qaz, rabitə, yol, su təsərrüfatı və sair istiqamətlərüzrə səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcəaraşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həllivaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyətitəşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinəbaxılması üçün əlverişli şərait yaradılmasından razılıqlarını ifadəedərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə özminnətdarlıqlarını bildiriblər.

Ordubadın
Ordubadın
Ordubadın
Ordubadın
Seçilən
5
4
az.trend.az

5Mənbələr