AZ

MMA məşqçisi sərxoş vəziyyətdə “BMW X7” ilə 2 nəfəri öldürdü - FOTO - VİDEO

Rusiyanın Belqorod şəhərində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Slavy prospekti ilə Popov küçəsinin kəsişməsində baş verib. Bu barədə “Shot” məlumat yayıb.

Bildirilir ki, “BMW X7” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçərək yol kəsişməsində təcili tibbi yardım maşını ilə toqquşub.

Zərbənin təsirindən nəqliyyat vasitələrindən biri dirəyə, digəri isə binanın divarına çırpılıb.

file

Olqa Lyubimova və Marina Parovışnik

 

Qəza nəticəsində təcili tibbi yardım maşınının 2 feldşeri - 38 yaşlı Olqa Lyubimova və 45 yaşlı Marina Parovışnik ölüb, “BMW”nin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd olunur ki, “BMW”ni Murmansk vilayətində MMA üzrə uşaq məşqçisi işləyən 28 yaşlı Ramzan Hacımuradov idarə edib.

İlkin məlumata görə, o, avtomobili saatda 100 km. sürətlə idarə edib və sükan arxasında sərxoş olub.

Тренер

Ramzan Hacımuradov

Пьяный

 

 

Namiq Musayev

Seçilən
13
1
avtosfer.az

2Mənbələr