AZ

"Mançester Yunayted"in həmsahibi Harri Keynin transferini istəyir

Bakı. Trend:

"Mançester Yunayted"in həmsahibi Cim Retkliff "Bavariya"nınulduz hücumçusu Harri Keynin transferini arzulayır.

Trend xəbər verirki, 31 yaşlı forvard yenidən İngiltərə Premyer Liqasına qayıdabilər. Məlumata görə, Retkliff Keynin böyük pərəstişkarıdır və onun"Mançester Yunayted"ə keçidini görmək istəyir.

Harri Keynin Münhen klubu ilə müqaviləsində 2026-cı ilin qışında65 milyon avroluq sərbəst qalma maddəsinin aktiv olacağıbildirilir. Hazırkı müqaviləsi isə 2027-ci ilin yayına qədərqüvvədədir.

Xatırladaq ki, Keyn 2023-cü ilin yayında "Bavariya"ya transferolunub. O, komandanın heyətində keçirdiyi 72 oyunda 70 qol vurub və22 məhsuldar ötürmə edib.

Seçilən
13
az.trend.az

1Mənbələr