"Direktor və müavinlərin sertifikasiyaya cəlb olunması məsələyə müəyyən qədər aydınlıq gətirəcək. Bəziləri düşünür ki, əvvəldən fəaliyyət göstərən direktorlar artıq normal idarəetmə sistemi qura bilmirlər. Yəni yeni standartlara cavab vermirlər. Bu mövzu baxımından sertifikasiyaya cəlb olunma məsələlərə aydınlıq gətirəcək. Bu hal məktəblərdə direktorların yenilənməsinə öz təsirini göstərəcək. Gündəm məsələlərindən biri də məktəb direktorlarının ixtisaslarına görə imtahana cəlb olunması idi. Bu məsələyə də müəyyən aydınlıq gətirildi. Məktəb direktoru sertifikasiyadan uğurlu keçə bilmədikdə, öz fənni üzrə imtahan verib, sertifikasiyadan keçməlidir ki, o gələcəkdə müəllim kimi fəaliyyət göstərə bilsin", - deyə M.Məmmədli qeyd etdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta