AZ

Rimas Kurtinaytis: "Ən yaxşı qələbələrimizdən birini qazandıq"

Ən yaxşı qələbələrimizdən birini qazandıq.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının XIV turunda NTD ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:

"Qələbəyə görə şadam. Oyunçulara yaxşı mübarizəyə görə təşəkkür edirəm. Lakin son 5 dəqiqəni bəyənmədim. 20 xallıq üstünlüyümüz 10-a endi. Bu cür oynamaq olmaz. Məni istəyirəm ki, görüşün əvvəlindən sonuna kimi oyun nizamını pozmayaq. Hesabda öndə olarkən arxayınlaşmamalıyıq. Ümumi götürsək, gözəl, aqressiv, məhsuldar qarşılaşma nümayiş etdirdik. Müdafiədə düşündüyümüz kimi çıxış etdik. Bir sözlə ən yaxşı qələbələrimizdən birini qazandıq".

Qeyd edək ki, "Sabah" - NTD qarşılaşması birincilərin 96:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
35
2
report.az

5Mənbələr