"Qələbəyə görə şadam. Oyunçulara yaxşı mübarizəyə görə təşəkkür edirəm".
Apasport.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasının XIV turunda NTD üzərində qazanılan 96:85 hesablı qələbəni şərh edib:
"Lakin son 5 dəqiqəni bəyənmədim. 20 xallıq üstünlüyümüz 10-a endi. Bu cür oynamaq olmaz. Məni istəyirəm ki, görüşün əvvəlindən sonuna kimi oyun nizamını pozmayaq. Hesabda öndə olarkən arxayınlaşmaq olmaz. Ümumi götürsək, gözəl, aqressiv, məhsuldar oyun nümayiş etdirdik. Müdafiədə düşündüyümüz kimi çıxış etdik. Bir sözlə ən yaxşı qələbələrimizdən birini qazandıq".
Qeyd edək ki, "Sabah" yenidən turnir cədvəlində liderliyə yüksəlib.
“Neftçi” “Sərhədçi”ni üstələdi
ABL: "Neftçi" növbəti matçını keçirəcək
Azərbaycan millisi Belçika ilə qarşılaşacaq
Şəhriyar Əsgərov: “Nəhayət ki, qalib gəldik”
Vadim Kuramşın: “Əsl komanda kimi geri dönəcəyik”