AZ

Xankəndidə enerji şəbəkəsi yenilənəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Xocalı şəhərində yeni yarımstansiyanın tikintisi yekunlaşıb. Xankəndi şəhərinin hazırlanan Baş planına uyğun olaraq "Azərişıq" ASC-nin layihə və sxemləri hazırlanır".
Oxu.Az-ın Şərqi Zəngəzura ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Zəngilanda keçirilən brifinqdə "Azərişıq" ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov deyib.
O bildirib ki, işlərin icrasına da yaxın günlərdə başlanılmalıdır:
"Xankəndi ərazisində şəbəkə köhnədir. Demək olar ki, istifadəyə yararsızdır. Xankəndi və Xocalı şəhərlərinin 35 kV-luq paylayıcı elektrik şəbəkələri iki müxtəlif 110 kV-luq güc mərkəzləri arası dairəvi elektrik təchizat sxeminin yaradılması işlərinə başlanılıb".
Aləmdə Nəsib
Seçilən
10
2
oxu.az

3Mənbələr