AZ

ABL: "Sabah" NTD-ni yenib liderliyə yiyələndi

Azərbaycan Basketbol Liqasında XIV tur davam edir.

Fanat.Az xəbər verir ki, turun dördüncü günündə bir matç baş tutub.

“Sərhədçi” İdman Mərkəzində keçirilən yeganə qarşılaşma A qrupunda baş tutub. Son çempion “Sabah” ilə autsayder NTD arasında matçda sürpriz yaşanmayıb. Rimas Kurtinaytisin komandası 96:85 hesablı qələbəyə sevinib.

"Bayquşlar" bu qələbə sayəsində yenidən 1-ci pilləni ələ keçirib.

XIV turun daha əvvəl keçirilən matçlarında "Neftçi" "Sərhədçi"ni 82:67, "Naxçıvan" "Abşeron"u 76:70, "Quba" "Sumqayıt"ı 90:80 hesabı ilə məğlub edib. 

Tura fevralın 8-də keçiriləcək oyunlarla yekun vurulacaq.

Seçilən
10
fanat.az

1Mənbələr