AZ

Polşada böyük deportasiyaya hazırlıq gedir

Polşanın baş naziri Donald Tusk bildirib ki, Polşa hökuməti yaxın günlərdə Aİ qanunlarını pozan miqrantların deportasiyası planını təqdim edəcək.

“Polşada olan, bizim qonaqpərvərliyimizdən istifadə edən və qanunu kobud şəkildə pozan hər kəs Polşadan deportasiya ediləcək”, – Donald Tusk jurnalistlərə bildirib. Tuskun sözlərinə görə, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi yaxın günlərdə təqdim olunacaq “mütəşəkkil cinayətkarlığa və əcnəbilər tərəfindən törədilən zorakı cinayətə qarşı çevik reaksiya planı” üzərində işləyir.

Baş nazir qeyd edib ki, “son zamanlar çoxlu hallar ortaya çıxıb ki, belə şeylərə göz yumsaq, nəticələrin dəhşətli olacağını göstərir”. “Yaxın günlərdə Polşadakı miqrantlar və əcnəbilərdən danışsaq, cinayəti məhdudlaşdıran qətiyyətli addımlar atılacaq”, – Tusk əmin dib.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr