AZ

“İnşaatçı” iki hücumçu transfer etdi

Region Liqasında yeni mövsümün artıq gələn həftə start götürməsi planlaşdırılır.

Heyətini fəal şəkildə gücləndirən, çempionluq uğrunda mübarizə aparacağını gizlətməyən “İnşaatçı Bakı” daha iki transfer reallaşdırıb. FİFA agenti, həm də paytaxt klubunun idman direktoru Əsgər Cəfərzadənin “Futbol+”ə verdiyi bilgiyə görə, İrandan olan soydaşlarımız – Taha Zərdarbəndi və Əmir Hüseyn Eyvazi hücumçudu.

Qonşu ölkənin Region Liqasında Astara zonasında çıxış edən “Şəhrdari” (Bələdiyyə) klubunun şərəfini qoruyublar. Adı çəkilən hücumçular növbəti üç ildə “İnşaatçı Bakı”nın uğurları üçün çalışacaq. Əsgər bəy ölkəmizin başqa klublarına da Cənubi Azərbaycandan olan futbolçu soydaşlarımızı gətirməkdə, onların müqavilələrinin hazırlanmasında yardım etməyə hazırdı. Axı Əsgər bəy həm də futbol hüquqşünası kimi fəaliyyət göstərir.

ORXAN

Seçilən
24
football-plus.az

1Mənbələr